Qadına zor tətbiq edərək brilyantını apardı

Qadına zor tətbiq edərək brilyantını apardı
Oxunma sayı: 838

Bakı şəhər sakini A.Hüseynovaya qarşı soyğunçuluq olub. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə mayın 14-də Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. 

Qadın polisə müraciət edərək bildirib ki, bir nəfər onun ağzını əli ilə tutaraq pul tələb edib və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu aparıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi