Bakıda kişi qadının boyunbağısını soyğunçuluq yolu ilə alıb.
Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində baş verib.
Sentyabrın 14-də saat 21 radələrində T.Elçin küçəsində naməlum şəxs Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər