Bakıda quldurluq törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 19-da Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Bakı şəhər sakini Elmira Məmmədovaya zor tətbiq edərək 2 ədəd qızıl boyunbağısını alıb.
Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ülfət Hümbətov tutulub.
Son xəbərlər
Son Xəbərlər