Qadına zor tətbiq edib boyunbağısını apardı

qadina-zor-tetbiq-edib-boyunbagisini-apardi
Oxunma sayı: 874

Nizami rayon sakini R.Şabanovaya qarşı zor tətbiq edilib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 13-də saat 1 radələrində qeydə alınıb. 

Polisə müraciət edən paytaxt sakini rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb.