“Qafqazinfo”nun məlumatına görə, verilişin mövzusu olan “Qadını gözündən nələr salır?” haqda danışan ifaçı qadınları baxımlı olmağa səsləyib:
“Qadının yersiz deyinməyi, qısqanclıqları onu kişinin gözündən salır. Qadın qadınlığını bilməlidir. Nənəm həmişə deyib ki, kişinin kişi, qadının qadın yeri var. Baxımsızlıq da xəyanətə səbəb olur. Qadından soğan iyi gəlməməlidir. Yemək bişirən qadın bilməlidir ki, yeməyin qoxusu üzərinə hopur. Hansı yaşda olmağından asılı olmayaraq qadın özünə fikir verməlidir”.
İfaçı kişilərin xəyanət etməsindən də danışıb:
“Kişini qadının gözündən yalan və xəyanət salır. Xəyanət bütün qadınların yaralı yeridir. Lakin gözəl qadına kişi necə baxmaya bilər? Qardaşım həmişə deyir ki, qadın gözəlliyinə baxmayan kişidən şübhələnirəm. Amma bu xəyanətə aparıb çıxartmağa əsas vermir”.
Son xəbərlər
Son Xəbərlər