Qadını doğuşa aparan təcili yardım maşınının üstünə ağac aşdı - Video

qadini-dogusa-aparan-tecili-yardim-masininin-ustune-agac-asdi
Oxunma sayı: 3424

İyunun 20-də içərisində hamilə qadının olduğu təcili tibbi yardım avtomobilinin üzərinə ağac aşması ilə bağlı məlumat yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Bildirilib ki, ötən gün saat 20:25 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından 2006-cı il təvəllüdlü şəxsin doğuş prosesi ilə əlaqədar olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub:

“Dərhal çağırış ünvanına Yevlax rayonu üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Briqada hospitalizasiya prosesini həyata keçirərkən güclü küləyin təsiri ilə nəticələnən qəza baş verib. Nəticədə sanitar avtomobilin üzərinə ağac budağı aşıb. Təcili tibbi yardım avtomobilinin sürücüsünün yüksək çevikliyi nəticəsində pasiyent heç bir xəsarət almadan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Ağac aşması nəticəsində təcili tibbi yardım heyəti yüngül xəsarətlər alıb və buna baxmayaraq, öz iş fəaliyyətini sona qədər uğurla yerinə yetiriblər. Onların vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, hospitalizasiya olunan ananın bu gün saat 02:00 radələrində cinsi kişi, boyu 53 sm., çəkisi 3 800 qr. olan körpəsi dünyaya gəlib. Hazırda ananın və körpənin vəziyyəti stabildir”.