Qadını döyən Türkiyə vətəndaşı sərbəst buraxıldı

qadini-doyen-turkiye-vetendasi-serbest-buraxildi-
Oxunma sayı: 974


“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1995-ci il təvəlüldlü Jalə Balakişiyeva polis bölməsinə müraciət edərək bildirib ki, martın 4-də Mircəlal küçəsində Seçkin adlı şəxs onu döyüb. J.Balakişiyevaya qarşı xuliqanlıq edən Türkiyə vətəndaşı 1992-ci il təvəllüdlü Seçkin Aleysan oğlu Ağcaqoyunlu müəyyən edilərək saxlanılıb. Bölmədə hadisə haqda onun izahatı alındıqdan sonra sərbəst buraxılıb. 

Murad Əhməd