Qadını döyərək maşınına oturub getdi

qadini-doyerek-masinina-oturub-getdi
Oxunma sayı: 2365

DİN-in “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.