“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bülbülə qəsəbəsi S.Əliyev küçəsində yerləşən mənzilində 1967-ci il təvəllüdlü Çiçək Alıyevanın meyiti tapılıb. Həmin vaxt onun baş və sifət nahiyyəsində gematomalar olub.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, naməlum şəxs qadını döyərək öldürüb.
Hadisəni törədən şəxs müəyyən olunub. Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov artıq saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər