Qadını döyüb çantasını oğurladı

qadini-doyub-cantasini-ogurladi
Oxunma sayı: 1094

İyulun 26-da Xətai rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Z.Ağayevanı döyüb içərisində 600 manat pul və mobil telefon olan çantasını alıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini E.Fətiyev saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.