Qadını döyüb, gözünə kimyəvi maddə səpdilər - Şəmkirdə

qadini-doyub-gozune-kimyevi-madde-sepdiler
Oxunma sayı: 2248

Şəmkirdə qadın döyülüb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.