Qadını evdə yıxılmış vəziyyətdə tapdılar

qadini-evde-yixilmis-veziyyetde-tapdilar
Oxunma sayı: 1243


“Qafqazinfo”nun xəbərinə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək altıncı mərtəbədə yerləşən mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə yıxılmış vəziyyətdə aşkarlanıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:26-da başa çatıb.