Qadını maşınla vurub qaçdı

qadini-masinla-vurub-qacdi
Oxunma sayı: 1223


“Qafqazinfo” Kəpəz TV-yə istinadən bildirir ki, hadisə ötən gecə saat 1 radələrində rayonun mərkəzində baş verib. Yolu keçmək istəyən, Daşkəsən rayon Nizami küçəsi ev 18 mənzil 2 ünvanında yaşayan, 43 yaşlı Şəlalə Abbasova naməlum avtomobil tərəfindən vurulub. Sağ baldır nahiyəsinin qırılmış, kəsilmiş, eləcə də hər iki dirsəyin sıyrılmış diaqnozu il yaralı hadisə şahidlərinin köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib.  Hazırda onun vəziyyəti orta ağırdır. Hadisə şahidlərinin və qadının sözlərinə görə, avtomobil  "VAZ 2106"  markalı olub. Artıq faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Polis avtomobili  və  sürücüsünü axtarır.