Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, fevralın 14-də saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Turan Haqverdiyeva vurulub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.İsmayılov saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər