Qadını “Mercedes”lə vurub öldürdü

qadini-mercedesle-vurub-oldurdu
Oxunma sayı: 1321

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza dekabrın 9-da saat 8 radələrində qeydə alınıb. 

Cəbrayıl rayon sakini T.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Mehdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.