Qadını öldürən həmkəndlisi imiş

qadini-olduren-hemkendlisi-imis
Oxunma sayı: 4540

Lənkəranda tamah məqsədilə qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində qeydə alınıb. Həmin ünvanda evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.