Qadını ondan kömək istəməyinə peşman etdi

qadini-ondan-komek-istemeyine-pesman-etdi
Oxunma sayı: 3046

Binəqədidə keçirilən əməliyyat nəticəsində ötən ilin dekabrında bir qadına qarşı törədilən soyğunçuluq hadisəsinin də üstü açılıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin vaxt naməlum şəxs zərərçəkənin mobil telefonunu əlindən alaraq hadisə yerindən yayınıb. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehdi Zeynalov tutulub.

Qeyd edək ki, hadisə zamanı zərərçəkən qadın yaşadığı yerə getmək üçün olduğu məkana taksi sifariş edib. Zərərçəkən şəxs sürücüyə yeri izah etməkdə çətinlik çəkdiyi üçün təsadüfən rastlaşdığı Mehdi Zeynalova mobil telefonu verərək ondan kömək istəyib. O, isə əvəzində qadının telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.