Qadını rüsvay etməklə hədələyib 10 min alarkən tutuldu

qadini-rusvay-etmekle-hedeleyib-10-min-alarken-tutuldu
Oxunma sayı: 1688

Bakıda qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.

“Qafqazinfo”nun məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadın barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.