Bakıda qadını şantaj edərək pul tələb edən kişi tutulub.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən nəlumata görə, aprelin 16-da Bakı şəhər sakini Ü.M (qadın) Qaradağ RPİ 10-cu PB-yə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 150 manat pulunu almasını bildirib.
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər