Qadını şantaj edən Ucar sakini saxlanıldı -

qadini-santaj-eden-ucar-sakini-saxlanildi-
Oxunma sayı: 736


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Ucar rayon sakini əvvəllər məhkum olunmuş Elxan Bəkirov Qax şəhər sakini 35 yaşlı A.N-ya haqqında rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlib.

Bunu etməməsi üçün ondan 1500 manat pul tələb edib. 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qax RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Bəkirov 1500 manat pulu A.N-dan alarkən saxlanılıb.

Murad Əhməd

“Qafqazinfo”