Qadını vurub qaçan avtobus sürücüsü saxlanıldı

qadini-vurub-qacan-avtobus-surucusu-saxlanildi
Oxunma sayı: 1174

Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 6-da saat 20 radələrində qeydə alınıb.  Piyada xəstəxanaya yerləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.