Qadını vurub qaçan sürücü saxlanıldı

qadini-vurub-qacan-surucu-saxlanildi
Oxunma sayı: 708

Nərimanov rayonunun S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 1-də qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.