Xaçmaz rayonunda qadının pulunu talayan şəxs saxlanılıb.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə 8-nə keçən gecə Çarxı kəndi ərazisində baş verib.
Şabran rayon sakini Zülfiyyə Qəmbərova avtomobildə olarkən onunla birgə yol gedən Rəhimoba kənd sakini Cavid Seyidov onun 1517 manat pulu açıq talama yolu ilə götürüb və bir qədər getdikdən sonra onu avtomobildən düşürüb.
C.Seyidov saxlanılıb və bu əməli törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər