Qadının 7 minlik qızıllarını oğurladı

qadinin-7-minlik-qizillarini-ogurladi
Oxunma sayı: 1261

Bakı şəhəri, Binəqədi rayonunda oğurluq hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən ilin noyabrın 1-də qeydə alınıb. 

Bakı şəhər sakini olan bir qadının pulu və 7000 manat dəyərində qızıl əşyaları oğurlanıb. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində 2 ay əvvəl törədilmiş soyğunçuluqda şübhəli bilinən paytaxt sakini R.Musayev saxlanılıb.