Bakıda tikinti şirkətinə basqın edərək 60 min dollar oğurlayan şəxs tutulub.
Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 28-də saat 04 radələrində naməlum şəxs “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olub, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl qolunu bağlayıb.
Bundan sonra içərisində 60.000 ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə talayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nicat Nurbala oğlu Xəlilov tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər