“Qafqazinfo”nun məlumatına görə, özü haqda danışan aktyor tamaşaçılar üçün bilinməyən xüsusiyyətlərini açıqlayıb:
1. Pivə qapaqlarını dişimlə aça biliməyim gizli qabiliyyətlərimdən biridir.
2. Mənə görə ən gözəl aktrisa Ancelina Colidir.
3. Qadının ən seksual yeri əlləridir. Dırnaqlarına qara boya çəkən qadınları bəyənirəm.
4. 1940-cı ildə “Ən yaxşı qadınaktrisa” Oskarını qazanan Greer Garsonun qohumuyam.
5. Duş almaq mənim üçün kifayətdir. Ətirdən istifadə etmirəm. Formada qalmaq əhəmiyyətlidir. Reqbi, futbol, qolf, tennislə məşğul oluram.
6. Tək qalmaq istəyəndə Portuqaliyaya gedirim. Ora mənim üçün səssiz, sakit və ilhamvericidir.
7. Həyatda imtina edə bilməyəcəklərim pivə, rahat geyimlər, New York, Pedro Almadovar, Tim Burton filmləri və qızımdır.
8. Qüsurum burnumun sağa yatıq olması və tez əsəbləşməyimdir
9 . Evdən telefonum və nəfəsaçıcı dərmanlarım olmadan çıxmıram. Astma xəstəliyim var.
10. Etiraf edirəm ki, bir qanadı qırıq quşam. Anamı çox erkən yaşda itirdim. Yaralı xarakterləri sevməyimin səbəbi də budur. "Bozun əlli çaları" filmində canlandırdığım Christian Greyin gücü məndə yoxdur.
Könül
Son xəbərlər
Son Xəbərlər