Qadının evindən qanunsuz silah tapıldı

qadinin-evinden-qanunsuz-silah-tapildi
Oxunma sayı: 1008


Yanvarın 21-də Binə qəsəbəsində qəsəbə sakinləri Əbdülqəni Zamanov mübahisə zəminində Ağamehdi Əliyevə qarın nahiyyəsindən bıçaq xəsarəti yetirdiyi üçün Xəzər RPİ CAŞ və 2-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Yanvarın 21-nə keçən gecə, M.Hadi küçəsində Aqşin Hacızadəyə məxsus «VAZ-2105» markalı avtomobil qaçırılıb. Xətai RPİ 36-cı PB və ÇPA əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıranlar Bakı şəhər sakinləri İkram Qurbanov və Vüqar Kazımov avtomobillə birlikdə M.Hadi küçəsində saxlanılıb.

DİN BCAİ, Sabunçu RPİ CAŞ və 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Aslanov küçəsində yaşayan Məshəti Həsənovanın evindən sənədsiz 16 kalibrli ov tüfənği aşkar edilərək götürülüb.

Yanvarın 14-də metronun «Memar Əcəmi» stansiyasında naməlum şəxs Bakı şəhər sakini Tale Səmədovun etibarından sui istifadə edərək mobil telefonunu danışmaq adı ilə alıb qaytarmamışdır. Metropolitendə PŞ CAQ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Naməddin Cabbarlı və Tərtər rayon sakini Araz İbrahimli tutulub.

Yanvarın 20-də metronun «Ulduz» stansiyasında Bakı şəhər sakini Rəhman Hacıyev və digər şəxs Füzuli rayon sakini Baloğlan Abdullayevin mobil telefonunu zorla əlindən alıb qaçan zaman R.Hacıyev orada xidmətdə olan Metropolitendə PŞ-nin əməkdaşları tərəfindən tutulub. Təxirəsalnmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Elvin Alıyevdə polis əməkdaşları tərfindən yaxalanıb.

Yanvarın 20-nə keçən gecə, Bakı şəhər sakini Seyran Ağazadəyə məxsus Xoyski küçəsində yerləşən şadlıq evindən, mətbəxin plastik qapısını sındırmaq yolu ilə zaldan səs gücləndirici avadanlıqlar oğurlanmışdır. Nərimanov RPİ CAŞ CAQ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cəsur Hüseynov və Ceyhun Ağalarov tutulub.

Nəsimi RPİ PPXB və 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Hökümə Məmmədovadan 450 qram marixuna götürülüb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Vasif Mustafayev tutulub.