Qadının maşınını bayram günü qaçırdılar

qadinin-masinini-bayram-gunu-qacirdilar
Oxunma sayı: 2811

Bakıda yeni il gecəsi xanım sürücünün avtomobili qaçırılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirlyinə istinadən xəbər verir ki, dekabrın 31-də Bakı şəhər sakini Aynur Nəsrəddinova polisə müraciət edərək həmin gün “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib.

DİN Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Anar Əhmədov tutulub.