Qadının meyiti evində tapıldı

qadinin-meyiti-evinde-tapildi
Oxunma sayı: 1196

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.