“Qadınla kişi arasında tarazlıq deyilən anlayış qalmayıb”

qadinla-kisi-arasinda-tarazliq-deyilen-anlayis-qalmayib
Oxunma sayı: 5078

Türkiyənin məşhur aktrisası Evrim Alasyanın yeni açıqlaması müzakirələrə səbəb olub. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa açıqlamasında dövrün kişilərindən narazılıq edib.

Onun kişi-qadın münasibətləri ilə bağlı fikirləri birmənalı qarşılanmayıb:

"Kişi kimi davranan kişilərə həsrətəm. İndi nəzakət qaydaları kişi-qadın münasibətlərində qalmayıb. Nəyisə məcbur etdirincə, onun mənası olmur. Hərdən özümə sual verirəm ki, bu vəziyyət bəlkə biz qadınlardan qaynaqlanır? Çünki qadınla kişi arasında tarazlıq deyilən anlayış qalmayıb".

Qeyd edək ki, aktrisa hazırda "Kızılcık şerbeti" serialında "Kıvılcım" obrazını canlandırır.