“Qadınlar evdən getməklə özlərini ucuzlaşdırır” - Video

qadinlar-evden-getmekle-ozlerini-ucuzlasdirir
Oxunma sayı: 1856

Müğənni Nadir Qafarzadə müzakirələrə səbəb olacaq açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, sənətçi ARB kanalında yayımlanan “Elgizlə izlə” proqramında qonaq olarkən şiddətə məruz qalan qadınların evdə oturmalı olduqlarını, tərk etdikləri halda özlərini ucuzlaşdırdıqlarını bildirib:

“Çalışın evdən getməyin. Hər dəfə gedəndə ucuzlaşırsınız. Ya gedin qayıtmayın, ya da getməyin, dözün. Əgər yüz manat qiymətiniz varsa, evdən gedəndə 80-nə, daha sonra 60 manata düşürsüz”.

N. Qafarzadənin bu fikirlərini Elgiz Əkbər dəstəkləsə də, digər aparıcı Pərvanə Tahirqızı sənətçinin fikirlərinin doğru olmadığını qeyd edib.