Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı fləşmob keçirilməsi qadağan edilib.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, pandemiya bağlı məhdudiyyətlər qüvvədədir:
"Paytaxt ərazisində hansısa məzmunda, sayda fləşmobun təşkilinə və keçirilməsinə icazə verilmir. Xüsusi karantin rejim çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir".
Qeyd edək ki, martın 6-da Ağ Şəhər ərazisində bu mövzuda keçirilməsi planlaşdırılan 1200 nəfərlik fləşmob da artıq ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər