Qadınlar günündə tribunada döyüldülər - Foto

qadinlar-gununde-tribunada-doyulduler
Oxunma sayı: 1442

Basketbol üzrə “Beşiktaş Sompo Japan” – “Pınar Karşıyaka” matçı azarkeş davası səbəbindən yarımçıq dayandırılıb.

Qafqazinfo” xəbər verir ki, dünən keçirilən matçda sözlə başlayan atışma sonda əlbəyaxa davaya dönüb. 

Polis məsələyə müdaxilə edib və qonaq komandanın azarkeşlərini meydandan çıxarıb. “Beşiktaş” rəsmisi Metin Albayrak da azarkeşləri sakitləşdirmək üçün onların yanına gəlib. Lakin gərginlik səngiməyib. Tərəflər bir-birinə şüşələr, dəmir pullar və alışqanlar atıblar.

Polisin əlavə qüvvələr çağırması ilə ara sakitləşdirilib. Beynəlxalq Qadınlar Günü olmasına baxmayaraq tribunada olan qadın fanatlara da ciddi xəsarətlər yetirilib.