Qadınlar kişilərdən irəlidədir

qadinlar-kisilerden-irelidedir
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda ölkə üzrə əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir. Onlardan 63 faizi yaşa görə, 26, 6 faizi əlilliyə gərə, 10, 4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, o cümlədən sığorta hissəsinin artırılması ilə bağlı 7 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunan şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, hazırda bu məbləğ 152,03 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 168,54 manata çatıb.

Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 42,5 faiz təşkil edir.