Qadınlar kişilərə nisbətən daha səbirlidirlər - Smartfon mövzusunda

qadinlar-kisilere-nisbeten-daha-sebirlidirler-
Oxunma sayı: 1232

Almaniya alimləri qeyri-adi eksperiment vasitəsilə müasir insanın telefonsuz nə qədər davam gətirəcəyini aydınlaşdırmaq qərarına gəliblər.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, nəticə gözlənilməz olub.

Eksperiment iştirakçılarını gender tipi üzrə ayıraraq, 10 dəqiqə müddətinə boş otaqlarda yerləşdiriblər. Onlara gözləmək tapşırığı verilib. Könüllülər əmin idilər ki, təqribən 3 dəqiqə ərzində telefonsuz keçinə bilərlər. Amma artıq eksperimentin orta hesabla 40-cı saniyəsində iştirakçıların hamısı smartfonlarını çıxarıblar. Kişi iştirakçılar təqribən 21-ci saniyədə, qadın iştirakçılar isə 57-ci saniyədə telefonlarına əl atmağa başlayıblar.

Buradan belə nəticə çıxır ki, qadınlar kişilərə nisbətən daha səbirlidirlər. Alimlər müəyyən ediblər ki, otaqlarda gözləmə rejimində olan iştirakçılar vaxtlarının yarısını telefonlarına həsr ediblər.