“Qadınlar kişilərə nisbətən iş tapmaqda hələ də çətinlik çəkirlər”

qadinlar-kisilere-nisbeten-is-tapmaqda-hele-de-cetinlik-cekirler
Oxunma sayı: 1201

“Əmək bazarına yeni girən şəxslərin öz ixtisasları üzrə iş tapmalarında çətinlik var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib. O bildirib ki, xanımlar kişilərə nisbətən iş tapmaqda hələ də çətinlik çəkirlər:

“Bu istiqamətdə görülən işlər nisbəti azaltsa da, hələ də bu problem qalmaqdadır. Bunun aradan qaldırılması üçün məşğulluq proqramları tərtib edilir. Fərdi məşğulluq planı çərçivəsində onların ixtisaslarına uyğun seçimlər tapılacaq. Onların ixtisasları ilə bağlı əmək bazarında vakansiyalar olmazsa, bunun üzərində də təkmilləşdirmə işləri aparılacaq. Bu mexanizmlərin icrasına artıq başlanılıb. Bu problemləri həll etmək üçün məşğulluq proqramlarını təkmilləşdiririk”.