Kişilər hər zaman qadınların modaya, geyimə maraqlı olduğunu iddia etsə də, tarixi faktlar fərqli şey deyir.
“Qafqazinfo” xarici mediaya istinadən moda sahəsində tarixin yaddaşında ilişib qalan bəzi nüansları sizə təqdim edir:
Dünyada ilk geyim mağazası Romada açılıb.
Dünyanın ilk moda jurnalı Fransada kişilər üçün dərc olunub. İlk qadın moda jurnalı isə bundan 10 il sonra mətbəəyə verilib.
Dünyada hazırlanan ilk loqo “Lacoste”yə məxsusdur. Loqo üçün timsah şəkli seçən şirkətin loqosu 1933-cü ildən bu yana istifadə olunur.
Napalyon əsgərlər burnunu qollarına silməsin deyə formaların qollarına düymə tikilməsini əmr edib. Bundan başqa, imperator hər zaman qalibiyyətdən sonra əsgərlərini təbrik etmək üçün onlara bahalı ətir hədiyyə edib.
Rus əsgərlər corab geyinməyə 2007-ci ildən sonra başlayıb. Onlar əvvəllər ayaqlarını parça ilə sarıyırdı.
İlk dəfə kabluklu ayaqqabılar Fars imperiyasında kişilər tərəfindən istifadə olunub.
Yunan fahişələr ayaqqabılarının arxasına "məni izlə" kimi mesajlar yazılan etiketlər yapışdırırdı.
Kraliça Victorianın toyundan əvvəl ağ rəng ənənəvi yas rəngi hesab edilib.
Psixoloji tədqiqatlarda müəyyən olunubki, insan gözü naxışlı parçalara daha uzun müddət baxır, bu da həmin insanların gözünüzdə daha kilolu görünməsinə səbəb olur.
Orta əsrlərdə insanların ictimai statusları geydikləri paltarın rəngindən məlum olurdu. Belə ki, varlılar qırmızı, kəndlilər qəhvəyi və yaxud boz, tacirlər, bankirlər isə yaşıl geyərdi.
İlk büstqalter kəmərinin dizaynlarından biri məşhur yazar Mark Tven aiddir.
Günel Hacı










Son xəbərlər
Son Xəbərlər