Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər

qadinlar-sukan-arxasinda-bezene-bilmeyecekler
Oxunma sayı: 997


“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında olacaq.

Nazirliyin məlumatında deyilir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".

Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.