Qadınlar üçün əmək layihəsi keçirilir

qadinlar-ucun-emek-layihesi-kecirilir
Oxunma sayı: 829


İctimai Birliyin sədri Xanım Əhmədzadə bildirib ki, layihə  qadınların  əmək hüquqlarının qorunması sahəsində mövcud olan milli və beynəlxalq qanunvericiliyin təbliğindən, əmək qanunlarının  ictimaiyyətə çatdırılmasından, qanunun aliliyinin müdafiəsindən bəhs edir. 

Müstəqil Azərbaycanda qadın hüquq   və azadlıqlarının müdafiəsinin cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.  Qadınların digər hüquqları ilə yanaşı əmək hüquqlarının da qorunması  milli qanunvericiliklə, eyni zamanda Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda geniş təsbit olunub.

Azərbaycan Respublikasının  əmək qanunvericiliyində  qadınların cəmiyyətin həyatında tutduqları yer,  daşıdıqları missiya və qadın orqanizminin fizioloji xüsusiyyətləri  nəzərə alınaraq işləyən qadınlar üçün normal şərait yaratmaq məqsədi ilə əlavə təminatlar sistemi nəzərdə tutub. 

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci Maddəsində qeyd olunduğu kimi  hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycanda  qadınların  əmək hüquqlarının qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna  baxmayaraq, bu sahədə hüququn  pozulması faktları da mövcuddur.  Bu qanunlar haqqında  ictimaiyyətin təsəvvürünün, informasiyasının az olması  səbəbi qadınların  əmək hüquqları barədə  hüquqi maarifləndirmə işinə ehtiyac olduğuna ciddi zəmin yaradır.