Qadınlar üçün tiryəkxana - Bakıda

Qadınlar üçün tiryəkxana -<font color=red> Bakıda</font>
Oxunma sayı: 260

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Aynurə Məmmədovaya məxsus mənzilin tiryəkxana kimi istifadə olunması müəyyən edilib.

Mənzilə baxış keçirilib. Evdə olan Bakı şəhər sakinləri Səidə İmanova, Çinarə Məmmədova və Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, Xətai RPİ tərəfindən axtarışda olan Xatirə Ələkbərova tutulub. Qadınlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi