Qadınlar xahiş etdi deyə, Nazarbayev yenidən seçkiyə gedir

qadinlar-xahis-etdi-deye-nazarbayev-yeniden-seckiye-gedir
Oxunma sayı: 1005


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, Nazarbayev bəyan edib ki, seçkilərdə iştirak etmək onun planına daxil deyildi:

“İndi seçkiqabağı kampaniyaya start verilib. Erkən seçkilərin keçirilməsi ideyasını əsasən qadınlar dəstəkləyib. Mən bu gün minlərlə məktub alıram. Bu gün səhər masamın üstündə bir bağlama məktub var. İnsanlar bunu dəstəkləyir, namizədliyimi irəli sürməyimi məndən xahiş edirlər. İnanın, şəxsi planlarım tamam başqa idi.

“Teatrda deyildiyi kimi, bəlkə dekorasiyanı dəyişək”- deyərək uzun müddət Qazaxıstana rəhbərlik etməsinə də toxunan Nazarbayev, hələ də prezident olmaq niyyətini gizlətməyib.