Qadınlara qarşı soyğunçuluq edən saxlanıldı

qadinlara-qarsi-soygunculuq-eden-saxlanildi
Oxunma sayı: 1025

Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, şəhər sakinləri X.Əliyevanın qızıl boyunbağısını və Ü.Xəlilovaya zor tətbiq edərək içərisində 110 manat, 100 ABŞ dolları, bankomat kartları və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Camaləddin Qəmbərov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.