Sumqayıt şəhərində soyğunçuluq edən şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş A.Cavadov şəhər ərazisindəki apteklərin birində müştəri qismində olan S.Balayevanın içərisində 400 manat pul olan çantasını soyğunçuluq yolu ilə alıb.
Bundan başqa, o, ticarət mərkəzlərinin birində B.Nəhmədovaya məxsus içərisində 370 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinib.
Onun iyunun 13-də Ceyranbatan qəsəbə sakini X.Mürsəlovanın mobil telefonunu çantasından oğurlaması da müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər