Qadınlara şad xəbər, moda günləri başladı- - Fotosessiya

qadinlara-sad-xeber-moda-gunleri-basladi-
Oxunma sayı: 1968


“Qafqazinfo”nun məlumatına görə, ilk gün əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası modasevərlərə təqdim olunub. Daha sonra podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyası nümayiş edilib.

Gecəyə modelyer Gülnarə Xəlilova, Türkiyənin tanınmış modelyeri Yıldırım Mayruk, model Günay Musayeva, stilist Anar Atakişiyev və bir çox tanınmış simalar qatılıb. 

Qeyd edək ki, bu gün modelyer Gülnarə Xəlilovanın ən yeni kolleksiyası nümayiş olunacaq. Martın 15-i isə modelyer Yıldırım Mayruk  hazırladığı 66 geyimi modesevərlərə təqdim edəcək. Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva isə iki gün baş model olaraq podiuma çıxacaq.  

Könül