Qadınlardan istifadə halı çoxalır - - Narkokuryer

qadinlardan-istifade-hali-coxalir-
Oxunma sayı: 2611


“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. O, bildirib ki, onların sərhəddən keçməsinin asanlaşdırılması və tezləşdirilməsi, həyata keçirdikləri qanuni ticarətin inkişafı üçün əlverişli şərait yaradılıb: “Lakin təəssüflər olsun ki, bəzi şəxslər hələ də çirkin niyyətlərlə qaçaqmalçılığa və digər qanunsuz yollara əl atır, öz əməlləri ilə ölkəmizin iqtisadi və milli təhlükəsiziliyinə, əhalinin sağlamlığına və ictimai asayişə təhdidlər yaradırlar. 2014-cü il ərzində gömrük orqanları tərəfindən 10 min 811 hüquqpozma faktı aşkar edilmişdir. Onların içərisində cinayət xarakterli faktların sayı əvvəlki illə müqayisədə 22 faiz artaraq 424-ə çatıb, dəyəri 2 milyon 708 min manatdan çox olan qaçaqmalçılıq əşyaları və digər cinayət predmetləri tutulub.

Cinayət əməllərinin törədilməsində şübhəli bilinən, 375-i Azərbaycan vətəndaşı və 98-i xarici olmaqla 473 nəfərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün kompleks təhqiqat, istintaq və əməliyyat- axtarış tədbirləri həyata keçirilib”.

A. Əliyev onu da qeyd edib ki, narkoqaçaqmalçıların 14 faizini qadınlar təşkil edib. Son illər narkokuryer qismində bu işə qadınların cəlb olunmasında artım tendensiyasının narahatlıq yaratdığını deyən general  qeyd edib ki, 139 halda narkotiklər İrandan, 5 halda Gürcüstandan, 2 halda Rusiyadan, 2 halda Kanadadan gətirilərkən, 7 halda Rusiyaya, 1 halda Qazaxstana, 1 halda ABŞ-a, 1 halda İrana aparılarkən tutulub: “Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar çox müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. 2014-cü ildə 46 halda 5 kq 168 qram narkotikin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınmışdır. Bu məqsədlə də qadınlardan istifadə hallarının çoxalması müşahidə olunur”.