Qadınları aldadan evli kişilərlə - Yeni mübarizə üsulu tapıldı

Qadınları aldadan evli kişilərlə
Oxunma sayı: 2171

Afrika ölkəsi Tanzaniyada hakim dairələr bütün evli kişilərin siyahısını İnternetdə yerləşdirmək niyyətindədir. “Qafqazinfo”nun “edge.ug” saytına istinadən məlumatına görə, buna səbəb evli kişilər tərəfindən aldadılan çoxsaylı qadınların şikayəti olub.

Bu, ilk dəfə Dar-əs-Salam şəhərində tətbiq ediləcək. Region komissarı Pol Makondanın sözlərinə görə, siyahı dövlət veb-saytında yerləşdiriləcək.

“Bir çox qadınlar aldadılıb. Həmin hiyləgər kişilər çox qadını buraxıb gedib. Bu səbəbdən qadınlar ürəktutması və emosional travma yaşayıb”, - Makonda deyib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi