Qadınları qarət edən kişi tutuldu

qadinlari-qaret-eden-kisi-tutuldu
Oxunma sayı: 1035

Bakının Nəsimi rayonunda naməlum şəxs qadına qarşı zor tətbiq edərək qızıl sırğasını qopardaraq qaçıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, saat 10 radələrində M.Cəfərov küçəsində naməlum şəxs Bakı şəhər sakini M.Əliquliyevaya qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğanın bir tayını dartıb aparıb.

Araşdırmalarla hadisəni törədən şəxsin Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov olduğu məlum olub. Onun Bakı şəhər sakini olan G.Məmmədovaya qarşı eyni cinayəti törətdiyi də müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Murad Əhməd