Qadınların çantalarından oğurluq edən saxlanıldı

qadinlarin-cantalarindan-ogurluq-eden-saxlanildi
Oxunma sayı: 729

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.

Araşdırmalar aparılır.