Sosial şəbəkələrdə Suraxanı rayonundakı parkda qadınların ağacları sulamaq üçün vedrəylə su daşımasının görüntüləri yayılıb. Video yayılandan sonra ağacları sulamaq üçün suvarma sisteminin qurulmaması və işçilərin bu formada əziyyət çəkməsi tənqid edilib.
“Qafqazinfo” məsələylə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Cavab olaraq bildirilib ki, sözügedən görüntülər Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 6 ha sahəsi olan Heydər Əliyev parkının yaxınlığındakı ərazidə çəkilib: "Elxan Həsənov və Park küçələrinin kəsişməsində yerləşən 3 ha sahəsi olan həmin ərazi uzun müddət baxımsız qalmış şam ağaclarından ibarət olub. Lakin ətraf-mühitin mühafizəsi, əhalinin istirahəti və asudə vaxtının səmərəli təşkili məqsədilə hazırda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən orada yeni parkın salınması işləri davam etdirilir. Salınan istirahət parkının ərazisində mövcud yaşıllıqlara qulluq göstərilərək ağaclar budanıb, yeni ağaclar əkilib, sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə piyada zolaqları salınıb.
Heydər Əliyev parkının yaxınlığında salınan sözügedən yeni parkda suvarma şəbəkəsinin qurulması üçün su xəttinin çəkilişi məqsədilə aidiyyəti üzrə “Azərsu” ASC-yə RİH tərəfindən rəsmi məktub ünvanlanıb.
Məlumat üçün bildiririk ki, xüsusi karantin günlərində havanın kəskin isti və quraq keçməsi ilə əlaqədar salınan parkda mövcud yeni yaşıllıqların məhv olmasının qarşısının alınması məqsədilə Suraxanı Rayon Yaşıllaşdırma Sahəsinin işçiləri tərəfindən yaxınlıqdakı Heydər Əliyev parkının su xəttindən müvəqqəti istifadə olunaraq ağaclara qulluq edilir”.
Günel Türksoy
.jpg)




Son xəbərlər
Son Xəbərlər