Qadınların yayın əlindən çəkdikləri...

qadinlarin-yayin-elinden-cekdikleri
Oxunma sayı: 1222


“Qafqazinfo” xəbər verir ki, bu problemlər ictimai nəqliyyatda, istirahətdə, işdə, bir sözlə hər yerdə onların qarşısına çıxa bilər. “Yay gəldi, dərd gəldi” deyənlərin nəzərdə tutduğu əsas problemlərdən bir neçəsi:

Bir ovuc su ilə üzünü yumaq istəyəndə yadınıza düşən makyaj

Özünü cazibədar hiss edən zaman bel, sinə, qoltuqaltı nahiyələrdə meydana gələn tər ləkələri

İsti havada nəmlənən dəridən axan makyaj

Kilolu qadınların ayaqlarının bir-birinə təmasından meydana gələn qızartılar 

Yay mövsümündə günəşin yaratdığı səpkilər səbəbindən qapalı geyinmək məcburiyyəti

Formaya salınan saçların tərləmiş boyun nahiyəsinə yapışaraq qabarıb-qıvrılması

Çatlamış daban və çimərlikdən sonra qumdan qaralan ayaq dırnaqları

Eynəyin kənarlarında, qollarda yaranan günəş yanıqları və yaxud qızartılar

Ətək və yaxud şortik geyindiyiniz zaman oturarkən bədənə yapışan dəri oturacaqlar

Günel Hacı